Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır
bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali...

din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşü zamanı qeyd olunub.

Görüşdə iki ölkə arasında və dostluq əlaqələrinin bütün sahələrdə uğurla etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

R.Məmmədov həmçinin Türkiyənin Dəyanət Akademiyası və Diyanət Vəqfində də olub. Dəyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə xalqlar arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkilib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Komitə ilə Türkiyənin Dəyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin Türkiyəyə səfəri mayın 28-də başlayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax