Operativ Məlumat Mərkəzi

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Oktyabrın 11-də Respublikasının naziri ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

"Telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional , xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub", məlumatda deyilir.

***

Pakistan Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Tərəflər Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax