Operativ Məlumat Mərkəzi

Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb

1 dəq
Paylaş:
Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb

" Dəmir Yolları" QSC Gürcüstana “BTKI Railways” MMC adlı müəssisə yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

"Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional bağlantılarını, xüsusilə Orta Dəhlizin potensialını gücləndirməyə yönəldiləcək", - deyə sədr əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax