Əsas məzmuna keç

Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

Bu gün ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri...

Bu gün ATƏT Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən xəbər verilib.

Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub.
Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…