Operativ Məlumat Mərkəzi

Azərbaycan səfiri: "Qarabağ zəfərində Türkiyə ilə birliyimiz qardaşlığımızın nümunəsidir"

2 dəq
Paylaş:
Azərbaycan səfiri: "Qarabağ zəfərində Türkiyə ilə birliyimiz qardaşlığımızın nümunəsidir"

"SSRİ dağılandan sonra Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olması, Qarabağ zəfərində ilə , fevralın 6-da Azərbaycanın həm maddi, həm də mənəvi olaraq yanımızda olması qardaşlığımızın və dostluğumuzun nümunəsidir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "TRT Haber"ə müsahibəsində deyib.

O bildirib ki, İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq təkcə iki qardaş dövlətin prezidentlərinin dostluğu deyil, bu həm də şəxsi münasibətlərdən yaranır: " İlham Əliyev hər zaman Türkiyənin Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu, həm seçkilərdən əvvəl, həm də sonra belə olub. Bu, onun ən təbii hüququdur".

Diplomat iki ölkə arasında əlaqələrin dərinləşdiyini vurğulayıb: "Biz qarşımızdakı bir çox problemləri həll etmişik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax