"SSRİ dağılandan sonra Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olması, Qarabağ zəfərində Türkiyə ilə birliyimiz, fevralın 6-da Azərbaycanın həm maddi, həm də mənəvi olaraq yanımızda olması qardaşlığımızın və dostluğumuzun nümunəsidir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "TRT Haber"ə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq təkcə iki qardaş dövlətin prezidentlərinin dostluğu deyil, bu həm də şəxsi münasibətlərdən yaranır: "Prezident İlham Əliyev hər zaman Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu, həm seçkilərdən əvvəl, həm də sonra belə olub. Bu, onun ən təbii hüququdur".
Diplomat iki ölkə arasında əlaqələrin dərinləşdiyini vurğulayıb: "Biz qarşımızdakı bir çox problemləri həll etmişik".