Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: Separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: Separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz

Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən əməliyyatı Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

“Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax