Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti: Bu gün Şuşanın yeni tarixi başlayır

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti: Bu gün Şuşanın yeni tarixi başlayır

Bu gün isə Şuşanın yeni başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

bildirib ki, təkcə bu binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir: "Bu gün Ulu Öndərin doğum günündə üçüncü kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax