Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib

İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli Aleksandr .

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.

Əminəm ki, birgə səylərimiz ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax