Operativ Məlumat Mərkəzi

Azərbaycan OECD ilə vergitutma sahəsində Konvensiya imzalayıb

1 dəq
Paylaş:
Azərbaycan OECD ilə vergitutma sahəsində Konvensiya imzalayıb

Bu gün İqtisadiyyat Nazirliyində İqtisadi və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax