Operativ Məlumat Mərkəzi

Azərbaycan nümayəndə heyəti Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir

2 dəq
Paylaş:
Azərbaycan nümayəndə heyəti Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, sentyabrın 6-da açılış mərasimi baş tutan tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri, dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi, yeni yollarının araşdırılması və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin aparılması üçün imkan yaradır.

Forum çərçivəsində Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.

Qeyd edək ki, Forum plenar sessiya, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya , Süni İntellekt Texnologiyası və Media Forumu, Qlobal Cənub Beyin Mərkəzləri Forumu, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrsi Forumu kimi əsas tədbirləri də əhatə edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax