Operativ Məlumat Mərkəzi

Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb

2 dəq
Paylaş:
Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb

Respublikası Milli Məclisi ilə Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” ("Yol xəritəsi") imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə şöbəsindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutan imzalanma mərasimində sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri , Özbəkistan tərəfdən isə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

İmzalanma mərasimində qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.

Qeyd edək ki, mərasimdə tərəflər həmçinin Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax