Əsas məzmuna keç

Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb - YENİLƏNİB

Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb - YENİLƏNİB

Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə federasiyanın xidmətindən bildirilib.

O, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 47 yaşlı A. karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.

***

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə federasiyanın mətbuat xidmətindən bildirilib.

Qurum rəhbərinin hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, dünya və Avropa çempionu olmuş A.Məmmədov 2023-cü ildən Karate-Do Federasiyasına rəhbərlik edirdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…