Operativ Məlumat Mərkəzi

Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib

1 dəq
Paylaş:
Azərbaycan gömrükçüləri bəyan olunmamış brend əşyaları müsadirə edib

Dövlət Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşı Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi"-ə Komitədən bildirilib.

Məlumata görə, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax