Operativ Məlumat Mərkəzi

"Azərbaycanın Qəzza ilə bağlı mövqeyi düzgün və ədalətlidir" - Vasif Qafarov

2 dəq
Paylaş:
"Azərbaycanın Qəzza ilə bağlı mövqeyi düzgün və ədalətlidir" - Vasif Qafarov

Azərbaycanın Qəzza ilə bağlı mövqeyi balanslı, milli maraqlara söykənən və hüquqa əsaslanan yanaşma kimi dəyərləndirilir.

Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Azərbaycanın məsuliyyətli, praqmatik və düşünülmüş xarici siyasət kursunun növbəti təzahürüdür.

Onun sözlərinə görə, bir daha nümayiş etdirib ki, beynəlxalq proseslərə emosional deyil, hüquqa və ölçülmüş qərarlara əsaslanan yanaşma sərgiləyir.

Vasif Qafarov vurğulayıb ki, bu mövqe Azərbaycanın suveren qərarvermə hüququna və milli prioritetlərinə hörmətin ifadəsidir:

“Regiondan kənar hərbi missiyalarda iştirakdan çəkinməklə yanaşı, humanitar dəyərlərə sadiqliyin qorunması balanslı siyasətin bariz nümunəsidir. Azərbaycanın humanitar yardımlar və diplomatik çağırışlar vasitəsilə sülhə töhfə verməsi beynəlxalq hüququn prinsiplərinə tam uyğundur”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin bu yanaşması Türkiyə ictimaiyyətində də anlayışla qarşılanıb və bu fakt Azərbaycan–Türkiyə münasibətlərində qarşılıqlı hörmətə əsaslanan strateji müttəfiqliyin möhkəmliyini bir daha təsdiqləyir. Onun fikrincə, bu mövqe eyni zamanda Azərbaycanın regional sabitliyi və daxili təhlükəsizliyi hər şeydən üstün tutduğunu açıq şəkildə göstərir.

Müsahibimiz yekun olaraq bildirib ki, Prezident İlham Əliyevin Qəzza məsələsində ortaya qoyduğu mövqe emosional populizmdən uzaq, milli maraqlara və uzunmüddətli dövlətçilik düşüncəsinə əsaslanan düzgün və ədalətli yanaşmadır.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax