Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə döyüş fəaliyyəti yüksək səviyyədədir

2 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə döyüş fəaliyyəti yüksək səviyyədədir

Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətin -döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Yüksək döyüş hazırlığı, nizam-intizam və sağlam mənəvi-psixoloji mühitin yaradılması bölmələrin qarşısında qoyulan ilkin tələblərdən biridir.

Hərbi hissələrdə mövcud sosial-məişət şəraiti şəxsi heyətin nəzəri-praktiki biliklərinin artırılması, döyüş növbətçiliyinin tələblərə uyğun aparılması və mədəni-asudə vaxtının səmərəli təşkili üçün zəmin yaradır.

Azad edilmiş ərazilərimizdə bölmələrdə qoşun xidmətinin təşkili günün nizam qaydalarına uyğun olaraq davam etdirilir. Hərbi qulluqçularla nəzəri və praktiki məşğələlər keçirilir, bununla yanaşı döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə qaydaları çatdırılır, mövqelərdə ayıq-sayıqlığın yüksək səviyyədə olmasının vacibliyi xüsusi qeyd edilir.

Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığını onun yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Bu baxımdan hərbi qulluqçularla mütəmadi olaraq ictimai-siyasi hazırlıq üzrə məşğələlər keçirilir, ölkəmizdə və dünyada baş verən hadisələr haqqında məlumat verilir, onların dünyagörüşünün formalaşdırılmasına diqqət yetirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax