Operativ Məlumat Mərkəzi

Azad edilmiş ərazilərdə daha 104 mina, 1 445 PHS aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilmiş ərazilərdə daha 104 mina, 1 445 PHS aşkarlanıb

İşğaldan azad ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan barədə həftəlik (17.06-2025-22.06.2025) məlumat açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 70 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 1 445 Partlamamış Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 420,9 hektar mina və PHS-lərdən təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax