Operativ Məlumat Mərkəzi

Ayxan Hacızadə Çexiya Deputatlar Palatasının sədrinə cavab verib

1 dəq
Paylaş:
Ayxan Hacızadə Çexiya Deputatlar Palatasının sədrinə cavab verib

Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə Çexiya parlamentinin Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o "X"də yazıb.

"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib.

Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax