Operativ Məlumat Mərkəzi

AYNA: COP29-un 8 günü ərzində 332 minə yaxın sərnişin daşınıb

1 dəq
Paylaş:
AYNA: COP29-un 8 günü ərzində 332 minə yaxın sərnişin daşınıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfransının 29-cu sessiyasının () keçirildiyi 8 gün ərzində 331 861 sərnişinə xidmət göstərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi ”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax