Operativ Məlumat Mərkəzi

AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

1 dəq
Paylaş:
AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

Bu günə qədər Azərbaycanda 11 fiziki və şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Bundan başqa, o qeyd edib ki, indiyə qədər taksi daşımaları üçün 9 001 vəsiqəsi verilib ki, bunun da 8 954-nü fərdi , 47-ni hüquqi şəxslər alıb.

"Həmçinin 11 854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib ki, bunun da 11 171-ni fərdi sahibkarlar, 683-nü hüquqi şəxslər alıb. Nəqliyyat vasitələrinin 8 367-nin (71 %-nin) istehsal tarixi 2009-2015-ci illər arasında, 3 487-nin (29%) istehsal tarixi isə 2016-2024-cü illər arasındadır.

25 084 nəfər təlimə cəlb olunub, bunlardan isə 23 434 nəfər təlimi bitirərək şəhadətnamə alıb”, - deyə sədr əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax