Əsas məzmuna keç

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü həbs olunub

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü həbs olunub

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib, həmçinin 15 sutka inzibati qaydada həbs...

edərək görüntüləri sosial şəbəkədə yayan sürücü 1 il müddətinə hüququndan məhrum edilib, həmçinin 15 sutka inzibati qaydada həbs olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…