Operativ Məlumat Mərkəzi

Avropa Parlamentindən İsrailə qarşı tədbir görülməsi üçün təcili toplantı tələbi

2 dəq
Paylaş:
Avropa Parlamentindən İsrailə qarşı tədbir görülməsi üçün təcili toplantı tələbi

Avropa Parlamentindən (AP) 60-dan çox deputat, İsrailə qarşı tədbir görülməsi üçün Avropa İttifaqının (Aİ) nazirlərinin təcili toplanmasını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, AP-nin belçikalı deputatı Mark Botenga, "X" hesabında verdiyi açıqlamada, 60-dan çox deputatın bu mövzuda Aİ-nin Xarici Siyasət və üzrə Ali Nümayəndəsi Kaya Kallasa məktub göndərdiyini bildirib.

Məktuba əsasən, Qəzzadakı “dəhşətli” vəziyyət, İsrailin yardım paylama məntəqələrində fələstinlilərə qarşı hücumlarını davam etdirməsi və bu hücumlar nəticəsində 1000-dən çox insanın həlak olması səbəbilə Təl-Əvivə qarşı “təcili tədbir” görülməsini tələb ediblər.

Deputatlar, 10 iyulda Aİ ilə İsrail arasında Qəzzadakı humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə əldə olunmuş razılaşmadan sonra bölgədə faktiki dəyişiklik olmadığını qeyd edərək, Qəzzadakı uşaqlar aclıqdan ölərkən Aİ-nin buna zəif bəyanatlar və hərəkətsizliklə cavab verdiyini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax