Əsas məzmuna keç

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində ittiham olunur

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində ittiham olunur

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib. Bu barədə "Operativ Məlumat...

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin vəzifəli şəxsi barəsində olan məhkəməyə göndərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Avropa İttifaqının Respublikasındakı Nümayəndəliyinin müraciəti əsasında həmin qurumun mühasibinin qanunsuz əməlləri ilə bağlı yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…