Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Aviasiya personalına verilmiş analoji sənədlərin tanınması Qaydaları" dəyişib

2 dəq
Paylaş:
"Aviasiya personalına verilmiş analoji sənədlərin tanınması Qaydaları" dəyişib

11 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə analoji sənədlərin tanınması Qaydaları"nda dəyişiklik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı yeni qərar imzalayıb.

Qərara əsasən, ərizəçinin müraciəti əsasında Rəqəmsal İnkişaf və Nəqliyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi onun digər üzv dövlət tərəfindən verilmiş şəhadətnaməsini Konvensiya, Konvensiyaya 1 nömrəli Əlavə və "Doc 9379, dövlətin aviasiya personalının sertifikatlaşdırma sisteminin yaradılması və idarə olunması üzrə prosedurlara dair vəsait" sənədinin tələblərinə uyğun olaraq Respublikasının aviasiya personalına məxsus şəhadətnaməyə konvertasiya etmək hüququna malikdir.

Konvertasiya prosesində Agentlik ərizəçidən onun mövcud şəhadətnaməsinə uyğun olaraq əlavə təlim və ya imtahanlardan keçməyi tələb etmək hüququna malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax