Operativ Məlumat Mərkəzi

Astarada həmkəndlisini öldürməyə cəhd edən şəxs tutulub

1 dəq
Paylaş:
Astarada həmkəndlisini öldürməyə cəhd edən şəxs tutulub

Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli şəxs tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini, 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı müəyyən edilib.

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanıb.

Şamxal şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax