Əsas məzmuna keç

Astanada Qazaxıstan və Fransa prezidentləri arasında görüş olub - YENİLƏNİB

Astanada Qazaxıstan və Fransa prezidentləri arasında görüş olub - YENİLƏNİB

Noyabrın 1-də Astanada Prezidenti Kasım-Jomart Tokayevlə Fransanın Makron arasında görüş olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan məlumat yayıb.

E.Makronun Qazaxıstana səfərinin bir gün davam edəcəyi bildirilib. O, daha sonra Özbəkistana yollanacaq.

Qazaxıstan KİV-ləri qeyd edib ki, bu ilin 8 ayı ərzində Qazaxıstan və Fransa arasında ticarət dövriyyəsi 2,7 milyard ABŞ dolları təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 21,1 faiz çoxdur.

***

10:02

Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana rəsmi səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM"“Primeminister.kz”a istinadən xəbər verir ki, onu Astana hava limanında Qazaxıstanın Baş naziri Alixan Smailov qarşılayıb.

Məlumata görə, tərəflər arasında qısa söhbət zamanı Alixan Smailov bildirib ki, bu səfər Astana ilə Paris arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Emmanuel Makron iqtisadi-ticarətə, sərmayə qoyuluşuna və energetika sahələrində əməkdaşlığın gücləndirilməsinə, habelə beynəlxalq və regional hadisələrə dair məsələləri müzakirə edəcəklər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…