Operativ Məlumat Mərkəzi

ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçıları Şuşaya səfər edəcəklər

3 dəq
Paylaş:
ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçıları Şuşaya səfər edəcəklər

Azərbaycanda səfərdə olan Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Hou Kainin rəhbərlik etdiyi Şuşaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş katibin Milli Məclisin sədri ilə görüşündə söhbət açılıb.

Sahibə Qafarova qonaqlara Azərbaycanın Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi, orada aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumat verib.

Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə tədbirin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, belə beynəlxalq görüşün Azərbaycanda keçirilməsi ölkənin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.

Söhbət zamanı spiker qonaqlara Respublikasının qanunverici orqanı olan və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.

Söhbət zamanı Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kai qeyd edib ki, Azərbaycanın təşkilatçılığı sayəsində ASOSAI və ARABOSAI assosiasiyalarının üzvləri Şərqlə Qərbin qovşağında bir araya gələrək dövlət sektorunda auditin inkişafını müzakirə etmək imkanı əldə ediblər.

Qonaq dövlət sektoru auditinin milli nəzarət sisteminin mühüm tərkib hissəsi olması və bütün ölkələrin sosial-iqtisadi inkişafında əvəzolunmaz rolu barədə danışıb. O, Azərbaycanın dünyada ekoloji təhlükəsizliyin qorunmasındakı rolu, ölkəmizdə COP29-un uğurla keçirilməsi və orada mühüm məsələlərin müzakirə olunması barədə də fikirlərini bölüşüb, Azərbaycana sülh və davamlı inkişaf arzularını çatdırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax