Operativ Məlumat Mərkəzi

ASAPES və Rusiya universiteti arasında memorandum imzalanıb

2 dəq
Paylaş:
ASAPES və Rusiya universiteti arasında memorandum imzalanıb

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyevin rəhbərliyi ilə ASAPES Rusiyanın Kazan şəhərində səfərdədir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, səfər çərçivəsində ASAPES və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında ümumi maraqları əhatə edən tədris, elm və əlaqələr sahələri üzrə məsələləri rəsmiləşdirilib.

Eyni zamanda Fuad Hacıyev Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazleyeva ilə görüşüb.

Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun müşayiəti ilə respublika Nazirlər Kabinetində baş tutan görüşdə kadrların birgə hazırlanması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin təhsil, tərbiyə məsələlərini, bədən tərbiyəsi və idman sahəsində birgə elmi tədqiqatların mümkün variantlarını müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax