Operativ Məlumat Mərkəzi

ASA Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi ilə memorandum imzalayıb

2 dəq
Paylaş:
ASA Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi ilə memorandum imzalayıb

Assosiasiyası (ASA) ilə Şimali Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi arasında imzalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.

Memoranduma əsasən, tərəflər arasında kadr, təcrübə və məlumat mübadiləsi, yeni ortaq məhsul strategiyalarının formalaşdırılması, iki ölkə arasında təkrarsığorta əlaqələrinin qurulması yönündə istiqamətləri müəyyən olunub.

Bildirilir ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində əməkdaşlıq qurulub.

Bu əməkdaşlıq istiqamətləri arasında, Türk Dünyası Sığorta Birliyinin (TDSB) Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasının təşkilatçılığında TDSB-də müşahidəçi təşkilat olan Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin iştirakı da yer alıb.

Qeyd edək ki, bununla da ASA-nın təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycanın sığorta sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı 9-a çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax