Operativ Məlumat Mərkəzi

Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb

1 dəq
Paylaş:
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb

Prezidenti Miley Venesuelada keçirilmiş seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. Peru və Çili hökumətləri də oxşar qərar qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Miley “X” sosial şəbəkəsində yazıb.

O, venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib adlandırıb.

Perunun naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə qəsd” adlandırıb.

Çili xarici işlər naziri Alberto van Klaveren isə bildirib ki, müşahidəçilər öz nəticələrini elan etməyənə qədər ölkə hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili Prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb.

Qeyd edək ki, protokolların 80%-nin nəticələrinə əsasən Maduro 51,2% səs toplayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax