Əsas məzmuna keç

Əraqçi: İranın ABŞ və İsrailin iğtişaşlarda iştirakına dair dəlilləri var

Əraqçi: İranın ABŞ və İsrailin iğtişaşlarda iştirakına dair dəlilləri var

TASS agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkədə baş verən iğtişaşlar zamanı törədilən terror aktlarında...

ru

İranda baş verən iğtişaşlarla bağlı ABŞ və İsrailə qarşı ciddi ittihamlar səsləndirilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, TASS agentliyinin məlumatına görə, İranın naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkədə baş verən iğtişaşlar zamanı törədilən aktlarında iştirakına dair dəlillərin olduğunu bildirib.

Nazirin sözlərinə görə, “son günlərdə İranda baş verən terror aktlarında həm ABŞ-nin, həm də İsrailin iştirakını göstərən sayda sənədlər mövcuddur”.

Məlumata əsasən, dekabrın sonlarında İranda yerli valyutanın kəskin devalvasiyası fonunda kütləvi başlayıb. Etiraz aksiyaları gücləndirilmiş tədbirləri, o cümlədən gözyaşardıcı qaz və hava silahlarından istifadə ilə müşayiət olunub. Aksiyalar ölkənin 25 əyalətində 60-dan çox şəhəri əhatə edib. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində — Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.

İranın Ali Liderinin müşaviri Əli Şamxani isə bildirib ki, İrana qarşı hər hansı təcavüz dərhal və sərt cavabla qarşılanacaq. Onun sözlərinə görə, respublikanın müdafiə doktrinası “təhdid reallaşmadan öncə belə qabaqlayıcı əks tədbirlərin görülməsini” nəzərdə tutur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…