Operativ Məlumat Mərkəzi

Aran rayonlarında 38 dərəcə isti olub - FAKTİKİ HAVA - 23.07.2024

1 dəq
Paylaş:
Aran rayonlarında 38 dərəcə isti olub - FAKTİKİ HAVA - 23.07.2024

İyulun 23-ü saat 9:00-a olan məlumata görə Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam və gecə bəzi ərazilərdə çaxıb, qısamüddətli yağıb.

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax