Əsas məzmuna keç

Antiterror tədbirlərində ağır yaralanan polis əməkdaşı şəhid olub

Antiterror tədbirlərində ağır yaralanan polis əməkdaşı şəhid olub

o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib. Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq. Xatırladaq ki, Muradov Əzizbəy...

Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır Daxili İşlər Nazirliyinin Çevik Alayının polis nəfəri Muradov şəhid olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…