Operativ Məlumat Mərkəzi

Antalyadan Permə uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb

1 dəq
Paylaş:
Antalyadan Permə uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb

Hava Yollarına məxsus A320 tipli sərnişin təyyarəsi Antalya Hava Limanından Rusiyanın Perm şəhərinə uçarkən, qalxışdan qısa müddət sonra nasazlıq səbəbindən qayıtmağa məcbur olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" mediasina istinadən xəbər verir.

TC-NCY qeydiyyat nişanlı təyyarə, maksimum enmə çəkisinə çatmaq üçün müəyyən müddət havada dövrə vuraraq yanacaq boşaldıb və bundan sonra Antalya Hava Limanına təhlükəsiz şəkildə eniş edib.

Qeyd edilib ki, Pegasus Hava Yolları eyni reys üçün TC-NBL qeydiyyat nişanlı başqa bir Airbus A320 təyyarəsini göndərib. Ehtiyat təyyarə texniki yoxlamalardan sonra qısa müddət ərzində Perm istiqamətinə yola düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax