Əsas məzmuna keç

Annalena Berbok İsrailə və Fələstinə səfər edəcək

Annalena Berbok İsrailə və Fələstinə səfər edəcək

bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yanvarın 6-da Almaniya XİN...

Almaniyanın naziri Annalena Berbok İsrailə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" AFP-yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer konfransında bildirib.

Onun sözlərinə görə, yanvarın 6-da Almaniya XİN rəhbəri xanım Berbok İsrailə gedəcək və orada İsrail xarici işlər naziri İsrael Katz, İsaak Herzoqla keçirəcək. Bu, oktyabrın 7-dən bəri Almaniya xarici işlər nazirinin İsrailə dördüncü səfəri olacaq.

Almaniyalı nazir regiona səfəri çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə də görüşlər keçirəcək.

Annalena Berbok misirli həmkarı Sameh Şukri ilə görüşmək üçün daha sonra Misirə gedəcək.

Almaniya XİN sözçüsü deyib ki, Annalena Berbokun Livana da səfəri planlaşdırılır.

O qeyd edib ki, danışıqlarda "Qəzzada dramatik humanitar vəziyyət, İordan çayının qərb sahilindəki vəziyyət və İsrail-Livan sərhədindəki son dərəcə qeyri-sabit vəziyyət", həmçinin HAMAS-ın girovlarının azad edilməsi üçün səylər müzakirə olunacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…