Operativ Məlumat Mərkəzi

Anar Quliyev: "Bakıda insanların mənzil başına 15-20 dəqiqəyə çatması hədəflənir"

2 dəq
Paylaş:
Anar Quliyev: "Bakıda insanların mənzil başına 15-20 dəqiqəyə çatması hədəflənir"

Bakının Baş planında əsas hədəflərdən şəhərin hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.

O qeyd edib ki, hazırda bütün dünyada "15 dəqiqəlik şəhər" prinsipi tətbiq edilir: “Bu prinsip o deməkdir ki, şəhərdə bərabər keyfiyyətdə infrastruktur təmin edilsin”.

A.Quliyevin sözlərinə görə, Baş planda mobillik məsələsinə geniş yer ayrılıb: “Baş plan məsələlərinin həlli, küçə şəbəkəsinin inkişaf etdirilməsi, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın hərəkəti kimi məsələləri edir. Bakıda bir çox mərkəzi hissələrdə sürətin azaldıması nəzərdə tutulur. Bakı insanyönümlü və insanların rahatlığını təmin edən şəhər olmalıdır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax