Operativ Məlumat Mərkəzi

ANAMA: Tərtərdə minaya düşən şəxsin sol ayağı amputasiya olunub

1 dəq
Paylaş:
ANAMA: Tərtərdə minaya düşən şəxsin sol ayağı amputasiya olunub

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Respublikası Minatəmizləmə Agentliyinin () xidmətindən bildirilib.

Qeyd edilir ki, keçmiş ərazisində baş verən mina hadisəsi zamanı rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.

Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax