Əsas məzmuna keç

“Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb

“Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı qaydaları və qarşıya çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub.

Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…