Operativ Məlumat Mərkəzi

“Anadolu Qartalı - 2023”: Aviasiya vasitələri müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər

2 dəq
Paylaş:
“Anadolu Qartalı - 2023”: Aviasiya vasitələri müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər

Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər.

Birgə çərçivəsində aviasiya qrupları tərəfindən düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə icra edilib.

Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.

Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax