Operativ Məlumat Mərkəzi

Amsterdamda xüsusi təyinatlılarla nümayişçilər arasında toqquşmalar başlayıb

2 dəq
Paylaş:
Amsterdamda xüsusi təyinatlılarla nümayişçilər arasında toqquşmalar başlayıb

Amsterdam Universitetinin yaxınlığında xüsusi təyinatlıları ilə Fələstin tərəfdarı olan arasında başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qarşıdurma zamanı xüsusi təyinatlıların əməkdaşlarına müxtəlif əşyalar atıb və onlara tərəf yanğınsöndürən balonları püskürdüb. Xüsusi təyinatlılar isə öz növbəsində dəyənəklərdən istifadə ediblər.

Etirazçıların dağıdılması haqqında qərar Amsterdam Universitetinin vandalizm və universitet ərazisinə müdaxilə ilə bağlı şikayət etməsindən sonra verilib. Daha əvvəl təhsil müəssisəsinin rəhbərliyi nümayişdə iştirak edən tələbə və müəllimlərlə danışıqlar aparmağa çalışsa da, bunun nəticəsi olmayıb. Etirazçılar universitetin və şəhərdəki digər müəssisələrinin İsraillə əlaqələrini dayandırmasını tələb edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax