Operativ Məlumat Mərkəzi

Almaniyalı səyyah səyahəti ilə bağlı təəssüratlarını bölüşdü

2 dəq
Paylaş:
Almaniyalı səyyah səyahəti ilə bağlı  təəssüratlarını bölüşdü

“İşğaldan azad olunmuş ərazilərə səfər etmək unikal şansdır, çünki uzun müddət bu mümkün deyildi”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu haqda və Şərqi Zəngəzurda səfərdə olan almaniyalı Fabian Veydemann deyib.

O qeyd edib ki, bu ərazilərə baş çəkmək və bu yerlərin necə dəyişdiyinin canlı şahidi olmaq çox maraqlıdır.

Alman səyyah Azıx mağarasını ziyarət etdikdən sonra təəssüratlarını bölüşüb:

“Çox qaranlıq və sıxlıq idi. Bu mağarada ibtidai insanların qalıqlarının – dünyada tapılan ən qədim insan qalıqlarından birinin aşkar edilməsi mənə maraqlı gəldi”.

“Bu, Azərbaycana və ümumiyyətlə, Cənubi Qafqaz regionuna ilk səfərimdir. Cəmi iki gündür buradayam. Heç bir gözləntim yox idi, amma Bakının gözəlliyi məni çox heyran etdi. Çox gözəl və müasir şəhərdir”, - o əlavə edib.

Qeyd edək ki, bu gün Böyük Britaniyada yaradılmış və 12 təmsil edən qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax