Operativ Məlumat Mərkəzi

Almaniya İrandakı səfirini geri çağırıb

2 dəq
Paylaş:
Almaniya İrandakı səfirini geri çağırıb

vətəndaşının edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, Almaniya İran əsilli vətəndaşı Şarməhdin edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.

Eyni zamanda, Berlinin edama etirazını çatdırmaq üçün İranın müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan başqa Almaniyanın naziri Annalena Berbok Cəmşid Şarməhdin İran rejimi tərəfindən öldürülməsini pisləyib.

Qeyd edək ki, ötən gün Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin və 215 nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr