Operativ Məlumat Mərkəzi

Almaniya 2026-cı il büdcəsini Ukraynaya rekord məbləğdə yardımla təsdiqlədi

1 dəq
Paylaş:
Almaniya 2026-cı il büdcəsini Ukraynaya rekord məbləğdə yardımla təsdiqlədi

Almaniyanın 2026-cı il üçün Ukraynaya 11,5 milyard avro maliyyə nəzərdə tutan layihəsini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Komitənin iclası təxminən 15 saat davam edib. Əvvəlcə hökuməti Kiyevə yardım üçün 8,5 milyard avro xərcləməyi planlaşdırırdı, lakin hakim koalisiya sonda əlavə 3 milyard avro ayırmağa qərar verib.

Agentliyin məlumatına görə, bu vəsait artilleriya sursatlarının, pilotsuz təyyarələrin, zirehli personal daşıyıcılarının tədarükünə və iki “Patriot” hava hücumundan müdafiə sisteminin “əvəz edilməsinə” sərf olunacaq.

Almaniya artıq bəyan edib ki, bu, Ukraynaya indiyə qədər büdcə ayırdığı ən böyük maliyyə yardımıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax