Operativ Məlumat Mərkəzi

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

1 dəq
Paylaş:
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə sentyabrın 19-da Rusiyaya gedəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə QMİ-nin Xidmətindən məlumat verilib.

Səfərdə məqsəd RF Müsəlmanları İdarəsinin sədri Müfti Şeyx Ravil Qaynutdinin dəvəti ilə sentyabrın 21-də Moskva şəhərində keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Müsəlman Forumunda iştirak etməkdir.

Budəfəki Forum Müsəlmanları Ruhani İdarəsinin 30, Müfti Şeyx Ravil Qaynutdinin dini fəaliyyətinin 40 illiyinə həsr olunur.

QMİ sədri forumda məruzə ilə çıxış edəcəkr.

Moskvaya səfər çərçivəsində Şeyxülislam A. Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kiril tərəfindən qəbul ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax