Operativ Məlumat Mərkəzi

Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər"

2 dəq
Paylaş:
Alimlər: "Neftçalada dənizkənarı ərazilər səhralaşa bilər"

Neftçala rayonunda dənizkənarı səhralaşa bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bioloqlar apardıqları nəticəsində bu qənaətə gəliblər.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun bir qrup əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Abdıyevanın rəhbərliyi ilə Neftçala rayonu ərazisində ekspedisiyada olublar. Məqsəd dənizi sahilndə erkən yaz florasının qeydə alınması və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi olub. Tədqiqatlar Kür çayının Xəzər dənizinə sahəsi, Xəzər dənizinin sahilboyu ərazisi (30 km) və sahil yaxınlığında Uzunbabalı, Bankə, Yenikənd, Qırmızı şəfəq, Qaravəli, İkinci Mayak, Birinci mayak, Həsənabad, Mirzəqurbanlı, Mikayıllı, Şirvanlı kəndlərdə aparılıb.

Çöl tədqiqatları zamanı məlum olub ki, rayonun bitki örtüyündə yulğun formasiyalarının yayılması zonal xarakter daşıyır. Neftçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan ərazisində balıqçılıq və otarılma amilləri güclü səhralaşma prosesinin yaranmasına şərait yaradır. Həmçinin Neftçala rayonunun dənizkənarı ərazilərində turizmin inkişafının bitki örtüyünə mənfi təsiri də gözlənilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax