Operativ Məlumat Mərkəzi

Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər

2 dəq
Paylaş:
Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər

Qazaxıstanın Aktau şəhərinin sakinləri AZAL-a təyyarənin qəzaya uğraması nəticəsində xəsarət üçün qan vermək məqsədilə xəstəxanalarda yenidən növbəyə dayanıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-ləri məlumat yayıb.

"Aktauda səhər saat 8-dir. Qazaxıstanlılar təyyarə qəzasında xəsarət alanlar üçün qan vermək məqsədilə yenidən növbəyə düzülüblər", - məlumatda bildirilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si , 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax