Əsas məzmuna keç

Akşənərin təklifi rədd edilib

Akşənərin təklifi rədd edilib

iki CHP-li bələdiyyə sədri bununla bağlı "Twitter" hesablarında paylaşım ediblər. “İradəmizi ittifaq masasında təmsil edən cənab Kılıçdaroğlunun və...

İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş İYİ Partiya sədri Meral Akşenerin onlara Türkiyədə 14 mayda nəzərdə tutulan seçkilərində namizədliklərini irəli sürməklərinə dair etdiyi çağırışını rədd ediblər.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, iki CHP-li bələdiyyə sədri bununla bağlı "Twitter" hesablarında paylaşım ediblər.

“İradəmizi ittifaq masasında təmsil edən Kılıçdaroğlunun və İttifaqının böyüyüb çoxalacağına şübhəm yoxdur”, - deyə Ə. İmamoğlu bildirib.

M. Yavaş da öz növbəsində vasitəsi ilə mövqeyini bildirib: "İndiyə qədər verdiyimiz açıqlamalarda, başqanımız cənab Kamal Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirdik. Eyni mövqedəyik. Ümidimiz odur ki, Millət İttifaqı hər bir tərəfdaşı ilə birlikdə yoluna davam edəcək”.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…