Operativ Məlumat Mərkəzi

Aİ-nin ümumi siyasəti təhlükə altındadır

2 dəq
Paylaş:
Aİ-nin ümumi siyasəti təhlükə altındadır

Fransada seçkilərinin ikinci turunda Emmanuel Makronun siyasi rəqibləri qalib gələr və Jordan Bardella olarsa, bu, Avropa İttifaqı üçün güclü sarsıntı olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa Siyasəti Mərkəzindən siyasi ekspert Erik Moris deyib.

O, ilk turda qalib gələn Milli Partiyasının təklif etdiyi bir sıra islahatların Avropa Qanunlarına zidd olduğunu bildirib.

“Bardella hökumət başçısı seçiləcəyi təqdirdə Fransanın Avropa İttifaqı büdcəsinə ödəmələrini geri çəkəcəyini elan edib. Fransa və digər dövlətlər şengen ərazisində sərbəst hərəkət qaydalarını dəyişmək barədə danışıqlara başlamağa vəd veriblər”, - deyə Moris vurğulayıb.

Qeyd edək ki, parlament seçkilərinin ilk turunda Marin Le Penin Milli Birlik Partiyası 33.4 faiz qalib gəlib. Yeni Xalq Cəbhəsi 27.9 faiz səslə ikinci, Makronun Respublika üçün Birlikdə Koalisiyası 20.7 faiz səslə 3-cü yerdə qərarlaşıb.

Milli Birlik Partiyası enerji üçün əlavə dəyər vergisini azaldacaqlarına, Makronun təqaüd islahatlarını ləğv edəcəyinə vəd verib.

Vergilərlə bağlı qərarlar ittifaq daxilində həmrəyliklə qəbul olunduğu üçün Fransanın vergi islahatı eləməsi də blokun nizamnamələrinə ziddir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax