Operativ Məlumat Mərkəzi

Aİ "Belarus" şarlarına qarşı sanksiyalarla cavab verdi

2 dəq
Paylaş:
Aİ "Belarus" şarlarına qarşı sanksiyalarla cavab verdi

15 dekabr 2025-ci il tarixində Avropa İttifaqı (Aİ) Belarusa qarşı edilən sanksiyaların çərçivəsini genişləndirib. Yeni qərara əsasən, “Aİ-yə qarşı fəaliyyətlər” də sanksiyaların tətbiqi üçün əsas kimi tanınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilib.

Qərar Litvanın hava məkanına hava şarlarının daxil olması hadisələrinə cavab olaraq qəbul edilib. Avropa Şurası bildirib ki, bu Aİ və onun üzv dövlətlərinin təhlükəsizliyinə yönələn təhdidlərə qarşı daha effektiv reaksiya verməyə imkan yaradacaq.

Yeni meyarlara əsasən, Belarusun və ya onunla əlaqəli strukturların Aİ-də demokratiyanı, qanunun aliliyini, sabitliyi və ya təhlükəsizliyi təhdid edən fəaliyyətlərindən faydalanan, bu proseslərdə iştirak edən və ya onları fiziki və hüquqi şəxslərə, eləcə də təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq oluna biləcək.

Avropa Şurasının açıqlamasında qeyd olunub ki, yeni mexanizm Aİ-yə xarici məlumat manipulyasiyası və müdaxiləsini planlaşdıran, istiqamətləndirən, dəstəkləyən və ya asanlaşdıran şəxslərə qarşı da sanksiyalar tətbiq etmək imkanı verəcək. Bu addım Aİ-nin hibrid təhdidlərə qarşı mübarizə strategiyasının gücləndirilməsi kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax