Əsas məzmuna keç

Ağsuda xeyli sayda silah-sursat aşkar edilib

Ağsuda xeyli sayda silah-sursat aşkar edilib

Ağsuda xeyli sayda silah-sursat edilib, 6 odlu isə könüllü verilib.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilmiş tədbiri nəticəsində rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.

Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Şöbə əməkdaşları tərəfindən son 2 ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…